Kaxa Kaladze rəsmi olaraq, Tbilisi meri vəzifəsini icra etməyə bugün başlayır
Kaxa Kaladze rəsmi olaraq, Tbilisi meri vəzifəsini icra etməyə bugün başlayır

Kaxa Kaladze mer vəzifəsini icra etməyə bugün rəsmi olaraq başlayacaq.

Tbilisi meriyasının məlumatına görə, yeni seçilən merin səlahiyyətləri haqqında sənəd noyabrın 12-də təqdim edildi. Gürcüstanın seçki məcəlləsinə əsasən, yeni seçilən merin səlahiyyət sənədinin təsdiqlənməsindən sonra, avtomatik olaraq, hazırki merin, Davit Narmanianın, onun müavinlərinin və bütün rayon icra hakimiyyəti sədrlərinin səlahiyyətləri dayandırılır və yeni mer, öz vəzifəsini icra etməyə yeni dəstəsi ilə bərabər başlayır.

“Qanun məcəlləsinə əsasən, cari ilin noyabrın 13-dən, yeni seçilən mer öz fəaliyyətinə yeni dəstəsi ilə, başlayacaq, – deyilir meriya tərəfindən yayılan məlumatda.