Kaspi Munisipalitetində  son 24 saatda Covid 19-a 19 yoluxma halı qeydə alınıb
Kaspi Munisipalitetində son 24 saatda Covid 19-a 19 yoluxma halı qeydə alınıb

Kaspi Munisipalitetində  son 24 saatda Covid 19-a 19 yoluxma halı qeydə alınıb.

Onlardan 7-si İqoeti Kvemo Çala klasterinə məxsusdur, onların hər biri özünü təcrid edib.  Kaspi Munisipalitetinin İqoeti, Samtavisi və Kvemo Çala kəndlərində  xüsusi polis məntəqələrində əhalinin termoskrininqi aparılır. Kəndlərdə epidemioloji tədqiqat aparılır, ictimai səhiyyə mərkəzinin mütəxəssisləri qapı-qapı prinsipi əsasında əhalini müayinə edirlər.

Covid 19-a yoluxma hallarının sayının artmasına görə üç ictimai məktəbdə distant təhsil rejimi qüvvədədir, Samtavisinin uşaq bağçasında təlim-tərbiyə prosesi dayandırılıb.  Son 24 saat ərzində Şida Kartlinin 4 munisipalitetində koronavirusa 41 yoluxma halı aşkarlanıb.