Kanadada Alberta və Britaniya Kolumbiyası əyalətlərində meşə yanğınları ilə mübarizə aparılır
Kanadada Alberta və Britaniya Kolumbiyası əyalətlərində meşə yanğınları ilə mübarizə aparılır

Kanadada Alberta və Britaniya Kolumbiyası əyalətlərində meşə yanğınları tüğyan edir. Fəlakət bölgəsində təxliyə əmri verilib. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Neftlə zəngin Alberta əyalətində beş fərqli ərazidə meşə yanğınları ilə mübarizə aparılır. Beş min sakinə təxliyə əmri verilib. Əyalətdə ümumilikdə 158 yanğın hadisəsi qeydə alınıb, onlardan 55-i nəzarət altında deyil.

Qonşu Britaniya Kolumbiyası əyalətinə gəlincə, hazırda 319 aktiv yanğın var. Yalnız son 24 saat ərzində 24 yanğın mərkəzi meydana çıxıb. Əhali təbii fəlakət zonasından təxliyə edilir. Yanğının söndürülməsi əməliyyatında minə yaxın yanğınsöndürən iştirak edir.