Kanada Ukraynaya 38,1 milyon ABŞ dolları ayıracaq
Kanada Ukraynaya 38,1 milyon ABŞ dolları ayıracaq

 
Kanada Ukraynaya yardım olaraq 38,1 milyon ABŞ dolları həcmində yeni yardım paketi elan edib.

Bu haqda Ukrayna mediası Kanadanın Baş naziri Castin Trüdonun Administrasiyasına istinadən məlumat yayır.

Yardım sosial baxımdan müdafiəyə ehtiyac duyan uşaq və gənclər, eləcə də məcburi köçkün uşaqların reabilitasiyası və müharibə cinayətlərinin qurbanları üçün 10,9 milyon dolları nəzərdə tutur. Enerji infrastrukturunun və avadanlıqlarının bərpasına 14,5 milyon dollar ayrılıb. 11,2 milyon dollar islahatlara, o cümlədən Avropa İttifaqına daxil olmaq üçün zəruri olan islahatlara xərclənəcək.

Bundan başqa, Kanada Beynəlxalq Atom Enerjisi Agentliyi vasitəsilə Ukraynadakı nüvə obyektlərinin təhlükəsiz fəaliyyətini dəstəkləmək üçün1,5 milyon dollar ayırır.