Kanada Baş Nazirinin Ofisi - Castin Trüdo Donald Trampa qarşı sui-qəsdi pisləyib və siyasi zorakılığa yer olmadığını deyib
Kanada Baş Nazirinin Ofisi - Castin Trüdo Donald Trampa qarşı sui-qəsdi pisləyib və siyasi zorakılığa yer olmadığını deyib

Kanadanın baş naziri Castin Trüdo ABŞ prezidentliyinə namizəd Donald Trampla danışıb. Bu barədə “CNN” Trüdo administrasiyasına istinadən xəbər verir.

“Baş nazir dəhşətli sui-qəsdi pisləyib və siyasi zorakılığa yer olmadığını bir daha vurğulayıb. Baş nazir keçmiş prezidentə rəhmət diləyib və atışma zamanı həlak olan şəxsin ailəsinə başsağlığı verib”, – məlumatda deyilir.

Batler şəhərində tərəfdarları ilə görüş zamanı ABŞ-ın keçmiş prezidenti Donald Tramp güllələnib. Nəticədə o, xəsarət alsa da, həyatı üçün təhlükə yoxdur. Atışma zamanı mitinqin bir iştirakçısı həlak olub. Daha iki nəfərin vəziyyəti ağırdır. ABŞ Federal Təhqiqat Xidmətinin məlumatına görə, Pensilvaniyada Donald Trampı öldürməyə cəhd olub. Bundan əlavə, istintaq xidməti Trampa hücumda iştirak edən şəxsin 20 yaşlı Tomas Metyu Kruks olduğunu açıqlayıb. Rəsmilərin sözlərinə görə, o, zərərsizləşdirilib.