Kamala Harris prezidentliyə namizəd olmaq üçün Demokrat Partiyasının nümayəndələrindən kifayət qədər səs toplayıb
Kamala Harris prezidentliyə namizəd olmaq üçün Demokrat Partiyasının nümayəndələrindən kifayət qədər səs toplayıb

ABŞ-ın vitse-prezidenti Kəmalə Harris prezident seçkilərində namizədliyini almaq üçün Demokratlar Partiyasının nümayəndələrindən kifayət qədər səs toplayıb. Bu barədə Demokratlar Partiyasının Milli Komitəsinin sədri Ceymi Harrison məlumat verib.

Kəmalə Harris özü sosial şəbəkədə açıqlama yayıb və ABŞ-da prezident seçkilərində namizəd olmağın onun üçün böyük şərəf olduğunu qeyd edərək, gələn həftə namizədliyi rəsmən qəbul edəcəyini bildirib.

Nümayəndələr avqustun 1-dən namizədliyin irəli sürülməsi üçün səsverməyə başlayıb və proses avqustun 5-dək davam edəcək.

Rəsmi olaraq namizədliyini irəli sürdükdən sonra Kamala Harris ilk rəngli qadın və əsas ABŞ partiyasının prezidentliyə namizədi olan ilk Asiya əsilli Amerikalı olacaq.