Kamala Harris - Prezident Baydenin dəstəyi mənim üçün qürurdur və məqsədim qələbə qazanmaqdır
Kamala Harris - Prezident Baydenin dəstəyi mənim üçün qürurdur və məqsədim qələbə qazanmaqdır

 
ABŞ-ın vitse-prezidenti Kamala Harris 2024-cü ilin prezident seçkilərində iştirak etmək niyyətində olduğunu bildirir.

“Prezident Baydenin dəstəyi mənim üçün qürurdur və məqsədim qələbə qazanmaqdır. Seçkilərə 107 gün qalıb. Birlikdə mübarizə aparacağıq və birlikdə qalib gələcəyik” – Harris bildirib.

Harris, qeyri-adi liderliyə görə Co Baydenə təşəkkür edib.

“Mən Co Baydenə Amerika Birləşmiş Ştatlarının prezidenti kimi qeyri-adi liderliyə və ölkəmizə onilliklər boyu xidmət etdiyinə görə təşəkkür edirəm. Müassir Amerika tarixində onun əlamətdar nailiyyətlərinin tayı bərabəri yoxdur və iki müddətə xidmət etmiş bir çox prezidentin uğurlarını üstələyir. Bu fədakar və vətənpərvər hərəkəti ilə prezident Bayden bütün bu dövr ərzində etdiyi işi edir: Amerika xalqını və ölkəmizi hər şeydən üstün tutur. Keçən il ərzində mən ölkə miqyasında səyahət etdim, amerikalılarla bu mühüm seçkilər haqqında danışdım və bu, növbəti günlərdə və həftələrdə etməyə davam edəcəyim işdir. Donald Trampı məğlub etmək üçün Demokrat Partiyasını və xalqı birləşdirmək naminə hər şeyi edəcəyəm”- Harris bildirib.

Bir az bundan əvvəl, Co Baydenin 2024-cü ilin prezident seçkilərindən namizədliyini geri çəkdiyi və Demokratların namizədi kimi vitse-prezident Kamala Harrisin namizədliyini dəstəklədiyi məlum olub.