Kaliforniyada genişmiqyaslı meşə yanğınına görə 25 minə yaxın insan təxliyyə edilib
Kaliforniyada genişmiqyaslı meşə yanğınına görə 25 minə yaxın insan təxliyyə edilib

 
Kaliforniyada yayılmış genişmiqyaslı meşə yanğınına görə 25 minə yaxın insan təxliyyə edilib.

Yanğın Orovil yaşayış məntəqəsi yaxınlığında meşə massivlərinə yayılıb və hazırda 1200 hektardan çox ərazini əhatə edib.

İqlimşünaslar təbii fəlakətin daha da ağırlaşacağını proqnozlaşdırırlar, çünki bölgədə güclü quraqlıq və onlarla yanğın ocağı var. Bu mərhələdə Orovildə fəlakət cilovlanıb və lokallaşdırılıb. Yanğınsöndürənlər alovun şimala doğru yayılmasının qarşısını almağa çalışırlar.

Mütəxəssislər, ABŞ-ın qərb sahilinin artıq on ildən çoxdur aridləşmə prosesindən əziyyət çəkdiyini və son 20 ildir quraqlıq müşahidə olunduğunu, bunun da insan faktorunun yaratdığı iqlim dəyişikliyi ilə əlaqəli olduğunu bildirirlər.