Kaxi Kavsadzenin vətəndaş dəfn mərasimi Rustaveli teatrında aprelin 29 və 30-da keçiriləcək
Kaxi Kavsadzenin vətəndaş dəfn mərasimi Rustaveli teatrında aprelin 29 və 30-da keçiriləcək

Əməkdar aktyor Kaxi Kavsadzenin vətəndaş dəfn mərasimi Rustaveli teatrında aprelin 29 və 30-da, saat 15:00-dan, 19:00-a qədər keçiriləcək.

Bu haqda məlumatı Rustaveli teatrı yayır.

Teatrın məlumatına görə, Kaxi Kavsadzeyi Rustaveli teatrından mayın 1-də, saat 14:00-da qəbristanlığa aparacaqlar.

Əfsanəvi gürcü aktyoru Kaxi Kavsadze 85 yaşında, bu gün vəfat etdi.

Gürcüstanın xalq artisti son iki həftədir Tbilisi Universitet klinikasında müalicə olunurdu.