Kaxi Kavsadze Birinci Universitet Klinikasına yerləşdirilib, aktyorun vəziyyəti ağırdır
Kaxi Kavsadze Birinci Universitet Klinikasına yerləşdirilib, aktyorun vəziyyəti ağırdır

Əməkdar gürcü aktyoru Kaxi Kavsadze Birinci Universitet Klinikasına yerləşdirilib.

Bu haqda məlumatı Gürcüstanın Birinci Kanalına Universitet Klinikası təsdiqləyib.

Tibb müəssisəsinin direktoru Lali Turdzeladaenin bəyanatına görə, aktyorun sağlamlıq vəziyyəti ağırdır.

“Bəli, o bizim klinikamıza yerləşdirilib. Vəziyyəti ağırdır. Hələlik, başqa birşey deyə bilmərik” – dedi Lali Turdzeladze.

Klinikanın rəhbəri Levan Ratianinin Birinci Kanala dediyinə görə, kaxi Kavsadzenin sağlamlıq vəziyyəti ilə bağlı məlumatı, sabah veriləcək.