Kaxetidə daha 28 nəfər tədqiq olunub,onların heç birinin koronavirusa yoluxması təsdiqlənməyib
Kaxetidə daha 28 nəfər tədqiq olunub,onların heç birinin koronavirusa yoluxması təsdiqlənməyib

 

 

 

Kaxetidə tibb işçiləri və risk qrupuna daxil olan insanların test edilməsinin ikinci mərhələsi aparılır.

Xəstəliklərə Nəzarət və Sağlamlıq Mərkəzinin Kaxeti Şöbəsinin rəhbəri,Neli Xizanişvilinin sözlərinə görə, dünən Luqar laboratoriyasına 28 nəfərin tədqiq olunası nümunəsi göndərilib və heç bir halda koronavirus təsdiqlənməyib.

Onun sözlərinə görə,Kaxetidə bu mərhələdə 8 karantin məkanında 219 vətəndaş qalır.

 

Hazırlad-Sevinc Mustafayeva