Kaxa Kukava - Aleko Elisaşviliyi iqtidara verdik, o artıq müxalifətçi deyil
Kaxa Kukava - Aleko Elisaşviliyi iqtidara verdik, o artıq müxalifətçi deyil

“Azad Gürcüstan” partiyasının lideri Kaxa Kukavanın bəyanatına görə, müəyyən fikir ayrılıqlarına baxmayaraq, müxalifət birləşib və hazırki parlamentin qeyri-legitim olduğu ilə bağlı həmfikirdir.

Kukavanın dediyinə görə, istisna olan sadəcə Aleko Elisaşvilidir, hansı ki, müxalifət sıralarında artıq deyil.

“Parlamentin qeyri-legitimliyi ilə bağlı müxalifət həmfikirdir. Kimsə o parlamentə daxil olmağı düşünmür. Yeganə istisna Aleko Elisaşvili idi, onu da iqtidara verdik və artıq müxalifət sıralarında deyil. Elisaşvilidən başqa, İvanişvili heç bir partiyaya ümid etməsin” – dedi Kaxa Kukava.