Kaxa Kaladze - valideynləri əmin etmək istəyirəm ki, onların övladları sağlam məhsullar ilə qidalanırlar
Kaxa Kaladze - valideynləri əmin etmək istəyirəm ki, onların övladları sağlam məhsullar ilə qidalanırlar

Tbilisi meri Kaxa Kaladze 95 saylı uşaq bağçasında idi. Buradan o, feysbuk vasitəsi ilə birbaşa efirdə müraciət etdi və uşaq bağçalarında mövcud qida barəsində söhbət etdi.

Tbilisi merinin qeyd etdiyinə görə, məqsədyönlü yalan kampaniyası həyata keçirilir ki, sanki uşaq başçalarında qida rasionu azalıb və uşaqlar yeməksiz qalıblar.

Kaxa Kaladze bəyan etdi ki, uşaqlar tamamilə sağlam məhsullar ilə qidalanırlar.
“Hazırda 95 saylı uşaq bağçasındayam. Qərar verdim ki, buraya xəbərdarlıq vermədən gəlim. Çünki bilirsiniz ki, bununla bağlı məqsədyönlü yalan kampaniyası həyata keçirilir ki, sanki uşaq bağçalarında qida rasionu azalıb və uşaqlar yeməksiz qalıblar.

Bu barədə hökumət iclasında söhbət etdim və indi də təkrar edirəm ki, bu böyük yalandır.

Bir daha tam məsuliyyətlə bəyan edirəm ki, qida ilə bağlı heç bir problem yoxdur.

Hamını sakitləşdirmək və valideynlərə müraciət etmək istəyirəm ki, sizin övladlarınız tamamilə sağlam məhsullar ilə qidalanırlar.

Bir daha təkrar etmək istəyirəm ki, yeganə azaltma şəkər və duza oldu. Bu da yenə və yenə bizim körpələrin sağlamlığı və firavanlığı üçün edildi.

Heç kimə imkan vermərəm ki, uşaq bağçalarında işləyən işçilərə, Tbilisi Meriyası və hər birimizə kölgə gətirsin. Biz övladlarımıza, körpələrimizə və gələcəyimizə qayğı göstəririk”, – Kaxa Kaladze video müraciətində bəyan etdi.