Uşaq bağçalarının müəllimləri hər il tibbi müainədən keçməlidirlər və bu bir tələbdir, – bu barədə bəyanatı Tbilisinin meri Kaxa Kaladze uşaq bağçalarının birinin pedaqoqunda tuberkulyoz simptomlarının aşkarlanması ilə bağlı sualları cavablandırarkən verdi.
Kaxa Kaladze qeyd etdi ki, hazırda, xəstələnən müəlimlə bir qrupda olan uşaqların tibbi müainədən keçirilməsi önəmlidir.
“Tibbi müainə xərclərini uşaq bağçalarının idarə agentliyi öz üzərinə götürür. Tuberkulyoz mərkəzi ilə bugün danışdıq və uşaqların hamısının yoxlanışı elə bugün keçiriləcək.
Prevensiya məsələsinə gəlincə isə, bundan sonra, hər bir pedaqoq ildə bir dəfə tibbi müainədən keçməlidir və sağlamlıq vəziyyəti haqqında müvafiq sənəd təqdim etməlidir – dedi Kaxa Kaladze.
Xatırladaq ki, Tbilisinin 152 saylı uşaq bağçasınnı pedaqoqlarının birində tuberkulyoz simptomları aşkarlandı.