Kaxa Kaladze - Ümid edirəm ki, bütün partiyalar doğru qərar verəcək və seçki plakatlarını sökəcək, çünki əks təqdirdə, cərimə 1000 laridir
Kaxa Kaladze - Ümid edirəm ki, bütün partiyalar doğru qərar verəcək və seçki plakatlarını sökəcək, çünki əks təqdirdə, cərimə 1000 laridir

Bütün siyasi partiyalara müraciət edirəm və xahiş edirəm ki, maksimal şəkildə, əlimizdən gələni edək ki, seçki üçün agitasiya materialları və plakatlar aradan qaldırılsın və şəhəri səhmana salaq, – bu bəyanatı paytaxtın meri Kaxa Kaladze bugünki paytaxt hökümətində verdi.

Kaxa Kaladze qeyd etdi ki, parlament seçkiləri başa çatdı və seçki qanunvericiliyinə müvafiq olaraq, seçki subyektləri seçkilərin rəsmi nəticələrinin elan edilməsindən 15 gün sonra öz agitasiya materiallarını yığışdırmalıdırlar.

“Plakatlar və digər materiallar vizual olaraq, şəhərdə gözəl görünmür və ümid edirəm ki, bütün partiyalar doğru qərarı verəcəklər və plakatlar və digər agitasiya materialları aradan qaldırılacaq, çünki əks təqdirdə, cərimə 1000 lari olacaq.

Munisipal inspeksiyaya tapşırmaq istəyirəm ki, diqqətli olsunlar. Biz kimisə cərimələmək istəmirik, ancaq hərkəsə müraciət edirəm ki, seçkilərin nəticələrinin elan edilməsindən 15 gün keçdikdən sonra, seçki materialları yığışdırılsın ki, şəhəri səhmana salaq” – dedi Kaxa Kaladze.