Kaxa Kaladze - tez-tez estakada, körpülər salın deyirlər, bu cəfəngiyyatdır, hansı körpüdən söhbət gedir, körpüdə də mi avtomobil dayanması üçün bunu etməliyik ?
Kaxa Kaladze - tez-tez estakada, körpülər salın deyirlər, bu cəfəngiyyatdır, hansı körpüdən söhbət gedir, körpüdə də mi avtomobil dayanması üçün bunu etməliyik ?

 
Şəhərin tıxaclarını aradan qaldırmaq üçün uzunmüddətli perspektivdə estakada və körpülərin tikintisi faydasızdır-deyə Tbilisi meri Kaxa Kaladze bildirib.

Kaladze bu barədə Tbilisinin 2024-cü il üçün büdcəsinin müzakirə olunduğu sakrebulonun iclasında müvafiq suala cavabında danışıb.

“Hərəkət baxımdan mövcud problemləri həll etməyi bizdən çox kim istəyir. Tez-tez estakada, körpülər salın deyirlər, bu cəfəngiyyatdır. İki gün əvvəl Kürün sol və sağ sahilləri paytaxtda “durmuşdu”. Hansı körpüdən söhbət gedir? Körpüdə də mi avtomobil dayanması üçün bunu etməliyik ? Estakadalar daha çox nəqliyyat vasitəsini təşviq edir. Bunun bizə uzunmüddətli faydası olmayacaq. Başladığımız işə bənzər alternativ yoxdur” – deyə Kaxa Kaladze bildirib.

Məlumatı Tbilisi meriyasının mətbuat xidməti yayır.