Kaxa Kaladze - taksilərin tənzimlənməsi ilə inanmıram ki, iş yerləri azalsın

Adi, inkişaf etmiş ölkələrdə olduğu kimi, taksilərin, taksi ilə səfər etmənin səhmana salınması üçün növbəti illərdə tənzimləmələr daxil olacaq, – bu barədə paytaxtın meri, Kaxa Kaladze taksilərin tənzimlənməsi barəsində bəyan etdi.

Onun dediyinə görə, taksilərin tənzimlənməsi baxımından dəyişikliklər mərhələ şəklində baş verəcək.

“İlk edilən qeydiyyatdan keçmə olacaqdır. Bilməliyik ki, Tbilisidə nə qədər taksi var. Hazırda heç cür tədqiqat mövcud deyil və paytaxtda nə qədər taksinin  hərəkət etdiyi rəqəm yoxdur. Müvafiq olaraq bunun qeydə alənması vacibdir. Növbəti mərhələdə adi, inkişaf etmiş ölkələrdə olduğu kimi, taksilərin, taksi ilə səfər etmənin səhmana salınması üçün növbəti illərdə tənzimləmələr daxil olacaq. Taksilərin tənzimlənməsi ilə inanmıram ki, iş yerləri azalsın. İşləmək istəyənlərin müvafiq olaraq buna imkanları olacaq. Lakin bunlar tənzimləmə ilə baş verəcək. Başqa cür mümkün deyil. Hər şey səhmana salınmış olacaq”, – Kaxa kaladze qeyd etdi.