Kaxa Kaladze sürüşmə ilə əlaqədar Vaşlicvari yamacındakı mövcud vəziyyətdən danışıb
Kaxa Kaladze sürüşmə ilə əlaqədar Vaşlicvari yamacındakı mövcud vəziyyətdən danışıb

Paytaxt Meriyası hökumət iclası keçirib. Kaxa Kaladze sürüşmə ilə əlaqədar Vaşlicvari yamacındakı mövcud vəziyyətdən danışıb. Problemlərin aradan qaldırılması   üçün hansı tədbirlərin görüldüyünə dair o izahat verib. Kaxa Kaladzenin sözlərinə görə, Tbilisi Meriyası  Vaşlicvaridə, Machavariani küçəsindəki mövcud sürüşmə zonasında ilk gündən etibarən müvafiq tədbirlər görür və ictimaiyyətə tam məlumat verir.

Tbilisi meri,  sürüşmə zonasındakı profilaktik tədbirlərdə iştirak edən bütün şəxslərə təşəkkür edib. Paytaxt merinin sözlərinə görə, ərazi 24 saat nəzarətdədir və zərurət yaranacağı təqdirdə sakinlərin təxliyyə    planı hazırlanıb. Kaxa Kaladze,  Machavariani küçəsindəki  yamacın  yaxın gələcəkdə təhlükəsiz olması üçün   və  hər iki istiqamətdə  nəqliyyatın hərəkətinin açılması üçün hər şeyin edildiyini bildirib.