Kaxa Kaladze - Milli komanda çıxaraq "Mən Gürcüstanam" deyəndə, bütün ölkəni necə qürur hissi bürüyəcəyini təsəvvür edə bilirəm
Kaxa Kaladze - Milli komanda çıxaraq "Mən Gürcüstanam" deyəndə, bütün ölkəni necə qürur hissi bürüyəcəyini təsəvvür edə bilirəm

 
Gürcüstanın milli futbol yığmasının Avropa çempionatında ilk oyunundan əvvəl paytaxtın meri Kaxa Kaladze sosial şəbəkədə videomüraciət yayıb.

Kaxa Kaladze yığmaya bir daha uğurlar arzulayıb və qeyd edib ki, Avropa çempionatında Gürcüstanın milli forması ilə çıxış etmək hər bir gürcü üçün qələbədir.

“Mən indi Gürcüstanın paytaxtı Tbilisidə nə baş verdiyini təsəvvür edə bilirəm”. 1981-ci ilin mayın 13-də Kote Maxaradzenin bu məşhur çığırtısı hələ də gürcü futbolu üçün bu əlamətdar tarixlə əlaqəli hiss və sevincin daşıyıcısıdır.

Bu gün Almaniyanın Dortmund şəhərində Gürcüstan millisi gürcü futbol tarixinin ən böyük nailiyyətinə çevrilən matça çıxaraq “Mən Gürcüstanam” deyəndə, Tbilisimizi və Gürcüstanımızı necə qürur hissi bürüyəcəyini təsəvvür edə bilirəm.

Futbol sadəcə idman deyil, o, komanda işinin, birliyin, mübarizənin, səyin, nizam-intizamın, istedadın və böyük zəhmətin rəmzidir. Bütün bu keyfiyyətlər xalqımız üçün üzvi və dəyərlidir. Futbol azadlıq və qələbə ilə bağlı idman növüdür. Avropa çempionatında Gürcüstanın milli forması ilə çıxış etmək hər bir gürcü üçün qələbədir. Oğlanlarımız bu gün Dortmundda bütün Gürcüstan adından oynayacaqlar.

Bir daha milli komandamıza uğurlar və qələbələr arzulamaq istəyirəm. Cəsarətlə, mübarizə ilə, güclü istəklə, əminəm ki, qalib gələcəyik. Uşaqlar, bütün Gürcüstan sizin arxanızdadır. Qələbə sizlərlə olsun!”- deyə Kaxa Kaladze açıqlayıb.