Kafelər, restoranlar və barlara bir tək çatdırılma xidmətlərinin göstərilməsi tövsiyyə olunur
Kafelər, restoranlar və barlara bir tək çatdırılma xidmətlərinin göstərilməsi tövsiyyə olunur

Kafelər, restoranlar və barlara vətəndaşlara birbaşa xidməti müvəqqəti olaraq dayandırmaq və sadəcə çatdırılma xidmətlərini göstərmək tövsiyyə olunur. Bu barədə Koordinasiya Şurasının bugünkü iclasında qərar verilib.

Qərar koronavirusun yayılmasının qarşısının alınması tədbirləri ilə əlaqədardır. Baş nazirin rəhbərliyi ilə keçirilən iclasda bir sıra yeni qərarlar qəbul edilib.