Cozef Borrell - viran qoyulmuş Qəzza İkinci Dünya Müharibəsi zamanındakı Almaniyaya mütənasib olaraq daha pis ola bilər
Cozef Borrell - viran qoyulmuş Qəzza İkinci Dünya Müharibəsi zamanındakı Almaniyaya mütənasib olaraq daha pis ola bilər

Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrell bildirib ki, viran qoyulmuş Qəzza İkinci Dünya Müharibəsi zamanındakı Almaniyaya mütənasib olaraq daha pis ola bilər.

Borrellin qeyd etdiyi kimi, Qəzzada vəziyyət fəlakətli və apokaliptikdir.

“Oktyabrın 7-də “HƏMAS”ın hücumuna İsrailin hərbi cavabı inanılmaz sayda dinc sakinin tələfatı ilə nəticələndi” – Borrell bildirib.

Borrellin qeyd etdiyi kimi, “HƏMAS”ın İsrailə qarşı qanlı hücumlarına və onların Avropa İttifaqının terrorçu siyahısında yer almasına baxmayaraq, İsrailin hərbi əməliyyatı mülki əhalinin ölümü və infrastrukturun məhv edilməsi baxımından qeyri-mütənasibdir.

“İnsanların əzabları beynəlxalq ictimaiyyət üçün görünməmiş bir çağırışdır” – Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi bildirib.