COVİD-19-la bağlı etnik azlıqların məlumatlandırılması üçün növbəti kampaniya başladı
COVİD-19-la bağlı etnik azlıqların məlumatlandırılması üçün növbəti kampaniya başladı

Ölkədə mövcud olan epidemioloji vəziyyəti nəzərə alaraq, Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət Nazirinin aparatının təşkilatçılığı ilə, etnik azlıqların nümayəndələri üçün öz doğma dillərində koronavirusla bağlı vacib məlumatın çatdırılması məqsədi ilə növbəti kampaniya başladı.

Nazirliyin məlumatına görə, kampaniya bir neçə mərhələyə bölünür.

100 000-ə qədər broşür Kvemo-Kartlinin, Samtsxe-Cavaxetinin və Kaxetinin etnik azlıqları üçün, onların kompakt şəkildə yaşadıqları və munisipalitetdən uzaq olan kəndlərdə paylandı, harda elektron kanallarla məlumat almaq biraz problemlidir.

Nazirlik tərəfindən xüsusi ilə hazırlanan könüllülər qrupu etnik azlıqların nümayəndələri ilə onlayn görüşlər keçirəcəklər və erməni və Azərbaycan dillərində məlumat verəcəklər.

Həmçinin, dövlət qaynar xəttində– 144-1 erməni və Azərbaycan dillərində də məlumat veriləcək.

Etnik azlıqlar üçün informasiya kampaniyası USAİD Beynəlxalq inkişaf fondunun, Gürcüstanın BMT Assosiyasiyasının (UNAG) və “Tolerantlığın vətəndaş anlayışı” (PİTA)-nın dəstəyi ilə həyata keçirilir.