Çoxatauri munisipalitetinin Buknari kəndində yenə səs-küy oldu
Çoxatauri munisipalitetinin Buknari kəndində yenə səs-küy oldu

Çoxatauri munisipalitetinin Buknari kəndində yenə səs-küy baş verdi.

“Milli Hərəkatın” üzvü Beso Katamadze və majoritar deputat Vasil Çiqoqidze arasında sözlü münaqişə baş verdi.

Beso Katamadze Vasil Çiqoqidzeyə bəyan etdi ki, yerlilərə məscid tikməyə söz verdiyi kimi, indi sözünü yerinə yetirsin və məscidi tiksin.

“Gürcü Arzusunun” nümayəndələri isə, ona provokator dedilər və münaqişə başladı.

Hadisə yerində olan Birinci Kanalın jurnalistinin məlumatına görə, Beso Katamadzeyi oradan hüquqmühafizəçilər apardılar.

Buknari kəndində xristian və müsəlman əhalisi arasında növbəti görüş bugün keçiriləcək.

Görüşdə iqtidar nümayəndələri də iştirak edəcəklər.