Çinin səfiri - Vizasız gediş-gəliş rejimi haqqında saziş Çin və Gürcüstan arasında qarşılıqlı hörmətə əsaslanan strateji tərəfdaşlığın nə qədər vacib olduğunu göstərdi
Qüvvəyə minən vizasız gediş-gəliş rejimi haqqında saziş Çin və Gürcüstan arasında keçən il formalaşan strateji tərəfdaşlığın nə qədər əhəmiyyətli olduğunu göstərdi-bu haqda Çinin Gürcüstandakı səfiri Çou Tsien bildirib.
O, qeyd olunan sazişin hər iki tərəfin səyi ilə həyata keçirilməsinə şad olduğunu deyib.
“Saziş həmçinin göstərdi ki, Gürcüstan və Çin arasında strateji tərəfdaşlıq qarşılıqlı hörmətə əsaslanır. Keçən il Gürcüstanın sabiq baş naziri Çin vətəndaşları üçün birtərəfli qaydada vizasız gediş-gəliş rejimi tətbiq etmək qərarını verdi. Sonra, cavab olaraq nəsə etməli olduğumuza qərar verdik. Bu sazişin hər iki tərəfin səyi ilə həyata keçirilməsinə şadam”- deyə Çinin səfiri bildirib.
Bununla yanaşı, Çin səfirinin qeyd etdiyi kimi, vizasız gediş-gəliş rejimi nəticəsində Gürcüstan və Çin arasında müxtəlif istiqamətlərdə əlaqələr artacaq, həm də bu, iş insanları üçün daha geniş imkanlar yaradacaq.
“Keçən illə müqayisədə bu il birinci mövsümdə Gürcüstana gələn çinli turistlərin sayı 290 faiz artıb. İnanıram ki, yeni vizasız gediş-gəliş rejimi ilə nəinki turistlərin sayı artacaq, həm də elm, texnologiya, akademik dairələr və mədəni istiqamətdə ikitərəfli təmaslar çox sürətlə artacaq. Fikrimcə, Gürcüstan üçün Çinin dünyanın ən böyük bazarı olması daha vacibdir. Fikrimcə, vizasız gediş-gəliş rejimi iş insanlarına və bütün insanlara Çin bazarını kəşf etməklə daha çox imkanlar yaradacaq və daha məhsuldar nəticələr əldə edəcəklər” – deyə Çinin səfiri bildirib.
Gürcüstan tərəfindən 2023-cü ilin sentyabrın 11-dən Çin vətəndaşları üçün vizasız gediş-gəliş rejimi tətbiq edilir.
Çin Xalq Respublikası tərəfindən Gürcüstan vətəndaşları üçün vizasız gediş-gəliş rejiminin tətbiqi isə cari ilin fevralın 26-da məlum olub. Mayın 28-dən Gürcüstan vətəndaşları üçün Çinə vizasız gediş-gəliş rejimi qüvvəyə minib.