Ceyms Appaturay - NATO-nun elə üzvü yoxdur, hansında müxalifət parlamentə boykot edir
Ceyms Appaturay - NATO-nun elə üzvü yoxdur, hansında müxalifət parlamentə boykot edir

NATO-nun elə üzvü yoxdur, hansında müxalifət parlamentə boykot edir, – bu bəyanatı Qafqaz və Mərkəzi Asyada NATO-nun baş katibinin xüsusi nümayəndəsi Ceyms Appaturay Gürcüstanın Birinci Kanalı ilə müsahibəsində verdi.

“Müxalifətin boykot elan etdiyini bugün sizdən eşitdim. Dünən elə bu məsələyi düşünürdüm, görəsən axırı nə oldu deyirdim.

NATO-nun adı ilə Gürcüstan rəhbərliyinə artıq bildirdik ki, biz Gürcüstanın siyasi spektrinda mövcud olan polyarizasiyanın aradan qaldırılmasını istəyirik.

Parlamentdə fəal müxalifətin olması NATO-nun üzvü olan ölkələrin fəaliyyətinin əsas prinsipidir.

Parlamentə boykot edən müxalifətin olduğu bir NATO üzvü yoxdur.

Onun dediyinə görə, siyasi polyarizasiya Gürcüstan üçün ciddi problemdir və beynəlxalq ictimaiyyət orada polyarizasiyanın aradan qaldırılmasını tələb edir.

“Mənim doğma Kanadamda da iqtidar və müxalifət mübahisə edirlər, ancaq məsələ səhiyyə sistemi kimi vacib mövzulura aid olanda, onlar bərabər işləyirlər.

Gürcüstana və digər ölkələrə ancaq belə bir mövqe faydalı ola bilər” – dedi Ceyms Appaturai Birinci Kanal ilə söhbət zamanı.