Cənubi Koreyada litium elementləri zavodunda yanğında 16 nəfər həyatını itirib
Cənubi Koreyada litium elementləri zavodunda yanğında 16 nəfər həyatını itirib

 
Cənubi Koreyada litium elementləri zavodunda yanğında 16 nəfər həyatını itirib. Bu vaxt üçün 5 nəfər itkin düşmüş hesab edilir. Məlumatı “Reuters” yayır.

Medianın məlumatına əsasən, yanğın müəssisədə günün birinci yarısında başlayıb və sürətlə əraziyə yayılıb, bu da elementlərin partlamasına səbəb olub. Yayılmış məlumata əsasən, müəssisədə 35 000-dək element saxlanılırmış.

Yanğın lokallaşdırılıb. Zavodda ümumilikdə 48 nəfər işlə təmin edilibmiş.