İvane Çxaidzenin bəyanatına görə, vaksinanın ilk dozasının vurulmasından sonra, yenidən infeksiyaya yoluxan pasientə ikinci doza, sağaldıqdan dörd ay sonra vurula bilər
İvane Çxaidzenin bəyanatına görə, vaksinanın ilk dozasının vurulmasından sonra, yenidən infeksiyaya yoluxan pasientə ikinci doza, sağaldıqdan dörd ay sonra vurula bilər

İmunizasiya üzrə texniki müşavirlər milli qrupunun rəhbəri İvane Çxaidze bəyan edir ki, vaksinanın ilk dozasının vurulmasından sonra, pasient ikincə dəfə koronavirusa yoluxsa, ikinci dozayı sağaldıqdan dörd ay sonra vura biləcək.

Onun dediyinə görə, Gürcüstanda mövcud olan vaksinalardan birinci doza vurulduqdan sonra, ən tez effekti “Astrazeneka” göstərir, çünki insan orqanizmi virusdan qoruyucu anti-bədənləri vaksinasiyadan iki-üç həftədən sonra yaratmağa başlayır.

“Birinci və ikinci dozalar vurulduqdan sonra yenidən infeksiyaya yoluxmaq mümkündür. Birinci doza sadəcə müəyyən qədər qoruya bilir. Əgər “Astrazeneka” vaksinasından istifadə edibsinizsə, iki-üç həftə keçməlidir ki, orqanizminiz qoruyucu anti-bədənlər buraxsın. “Astrazeneka” vaksinasının dozaları arasındaki müddət 8-12 həftə olmalıdır.

“Fayzerdən” və yaxud çin vaksinasından sonra orqanizm iki-üç həftəyə qoruyucu anti-bədənlər yarada bilmir. Yenidən infeksiyaya yoluxulan zaman vaksinanın ikinci dozası dörd aydan sonra vurula bilər.

Koronavirusu keçirdikdən sonra, vaksinanın sadəcə bir dozası kifayət deyil və hətta üç doza vurulmalıdır”, – dedi İvane Çxaidze.