İvan Linsin Tbilisi Simfonik Orkestri ilə birlikdə lentə alınan "My Heart Speaks" albomu 2024-cü il "Qremmi" Mükafatlarına namizəd olub.
İvan Linsin Tbilisi Simfonik Orkestri ilə birlikdə lentə alınan "My Heart Speaks" albomu 2024-cü il "Qremmi" Mükafatlarına namizəd olub.

İvan Linsin Tiflis Simfonik Orkestri ilə birlikdə lentə alınan “My Heart Speaks” albomu 2024-cü il “Qremmi” mükafatına namizədlər siyahısına daxil edilib, – bu barədə məlumatı Jansuğ Kaxidze adına Tiflis Musiqi və Mədəniyyət Mərkəzi yayır.

“2024-cü ilin “Qremmi” mükafatlarına namizədlərin siyahısı açıqlanıb, onların arasında parlaq musiqiçi İvan Linsin Tbilisi Simfonik Orkestri ilə birlikdə yazılmış “My Heart Speaks” albomu “Ən yaxşı Latın Caz Albomu” nominasiyasına layiq görülüb.

Hər bir orkestr üzvünü və maestro Vaxtanq Kaxidzeni bu tanınma münasibəti ilə təbrik edirik, gəlin “Qremmi” mükafatlarının yekun nəticələrinin elanını gözləyək”, – mərkəzin sosial şəbəkədə dərc etdiyi məlumatda qeyd olunur.