İsveçrə parlamentinin yuxarı palatası “Rus və digər xarici ölkənin casuslarının ölkədən sistemli şəkildə çıxarılması haqqında” qanun layihəsinin sərtləşdirilməsini dəstəkləyib
İsveçrə parlamentinin yuxarı palatası “Rus və digər xarici ölkənin casuslarının ölkədən sistemli şəkildə çıxarılması haqqında” qanun layihəsinin sərtləşdirilməsini dəstəkləyib

 
İsveçrə parlamentinin yuxarı palatası casusların ölkədən çıxarılması tədbirlərinin sərtləşdirilməsi ilə bağlı qanun layihəsini dəstəkləyib. Bu haqda “Reuters” məlumat yayır.

“Rus və digər xarici ölkənin casuslarının ölkədən sistemli şəkildə çıxarılması” adlı qanun layihəsini İsveçrənin yuxarı palatasının qanunvericilərindən 32-si dəstəkləyib, 9-u isə əleyhinə səs verib.

İsveçrənin Prezidenti Viola Amherd də qanun layihəsini dəstəkləyib.

“Xarici dövlətlər hiss etməlidirlər ki, İsveçrə təhlükəsizlik pozuntularına reaksiya verir və özünü qoruyur” – Viola Amherd parlamentə müraciətində bəyan edib.

Viola Amherd bildirib ki, hökumət fəaliyyətləri İsveçrənin təhlükəsizliyinə və ya “sülh sammiti”nə ev sahibliyi edən dövlət roluna təhlükə yaradan kəşfiyyat agentlərini ardıcıl olaraq ölkədən çıxarmaq istəyirdi.

Xatırladaq ki, Qlobal Sülh Sammiti 15-16 iyun tarixlərində İsveçrənin Biurqenstok şəhərində keçiriləcək.