İsrailin Qəzza sektorunun ərazisinə hücumları nəticəsində 29 nəfər həlak olub, 25 nəfər isə yaralanıb
İsrailin Qəzza sektorunun ərazisinə hücumları nəticəsində 29 nəfər həlak olub, 25 nəfər isə yaralanıb

 
İsrailin Qəzza sektorunun ərazisinə hücumları nəticəsində 29 nəfər həlak olub, 25 nəfər isə yaralanıb. Həlak olanlar arasında azyaşlılar da var. Məlumatı “CNN” yayır. Yayılmış məlumata əsasən, hücum yaşayış məntəqəsinə həyata keçirilib.

Rəsmi şəxslərin bəyanatına əsasən, yaralılar yerli xəstəxanaya yerləşdiriliblər.

Eyni zamanda, İsrailin hərbçiləri BMT-nin Fələstinli Qaçqınlar üzrə Agentliyinə zərbə endirdiklərini təsdiqləyirlər.

“Həyata keçirilmiş zərbə nəticəsində “HƏMAS”ın Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlar üzrə Agentliyinin kompleksində yerləşən komanda-nəzarət mərkəzi artıq fəaliyyət göstərmir” – İsrail tərəfinin yaydığı bəyanatda qeyd olunub.