İsrailin Müdafiə Qüvvələrində "HƏMAS"ın hərbi qanadının komandiri Muhamed Deifin zərərsizləşdirildiyini bildirirlər
İsrailin Müdafiə Qüvvələrində "HƏMAS"ın hərbi qanadının komandiri Muhamed Deifin zərərsizləşdirildiyini bildirirlər

 
İsrailin Müdafiə Qüvvələrində “HƏMAS”ın hərbi qanadının komandiri Muhamed Deifin zərərsizləşdirildiyini bildirirlər.

İsrailli hərbçilərin iddia etdikləri üzrə, Deif iyulun 13-də Qəzza sektorunun Xan Yunis şəhərinə edilmiş hücum nəticəsində həlak olub.

“HƏMAS”da hələlik məlumatı təsdiqləməyiblər.

İsrailin iddiasına əsasən, Deif 2023-cü ilin oktyabrın 7-də İsrailə hücumun təşkilində iştirak edən “HƏMAS”ın liderlərindən biri olub.

Muhamed Deif “HƏMAS”ın hərbi qanadı olan “al-Qassam” briqadalarının komandiri olub. O, 1989-cu ildə İsrail tərəfindən həbs edilib, bundan sonra da o, “HƏMAS”ın hərbi qanadını yaradıb və israilli hərbçilərin əsir götürülməsini qarşısına məqsəd qoyub.

İsrail Muhamed Deifi 1996-cı ildə onlarla israillinin ölümünə səbəb olan avtobus hücumunu təşkil etməkdə ittiham edirdi.

Həmçinin məlum olduğu kimi, Deif Qəzza sektorunda yeraltı tunellərin təşkilində fəal iştirak edib.

Qeyd edilməlidir ki, İsrail iyulun 31-də “HƏMAS”ın siyasi lideri İsmayıl Haniyə Tehranda zərərsizləşdirildikdən sonra Muhamed Deifin zərərsizləşdirilməsi xəbərini yayıb. Həmçinin Beyrutda “Hizbullah”ın yüksək rütbəli məmuru, hərbi komandir Fuad Şukri qətlə yetirilib.