İsrailin Müdafiə Qüvvələri Xan Yunisdə yaşayan fələstinliləri təxliyəyə çağırıb, artıq minlərlə insan ərazini tərk etməyə başlayıb
İsrailin Müdafiə Qüvvələri Xan Yunisdə yaşayan fələstinliləri təxliyəyə çağırıb, artıq minlərlə insan ərazini tərk etməyə başlayıb

 
İsrailin Müdafiə Qüvvələri Qəzzanın cənubunda yerləşən Xan Yunis şəhərində yaşayan fələstinliləri təxliyəyə və humanitar bölgələrə keçməyə çağırıb.

Müdafiə qüvvələrinin xəbərdarlığından sonra minlərlə insan artıq ərazini tərk etməyə başlayıb.

“Guardian”ın yazdığı kimi, təxliyənin elan edilməsinə səbəb “İslami Cihad”ın bu ərazidən İsrail istiqamətində 20-yə yaxın raket atmasından sonra İsrailin Xan Yunisə mümkün yeni quru hücumudur.