İsrailin Müdafiə Qüvvələri Qəzza sektorunda beş israilli girovun cəsədini tapıb
İsrailin Müdafiə Qüvvələri Qəzza sektorunda beş israilli girovun cəsədini tapıb

 
İsrailin Müdafiə Qüvvələri Qəzza sektorunda beş israilli girovun cəsədini tapıb – bu haqda “Reuters” yazır.

İsrailin Müdafiə Qüvvələrində beş girovun hamısının oktyabrın 7-də “HƏMAS” tərəfindən həyata keçirilmiş hücum zamanı həlak olduğunu bildirirlər.

Onlardan biri uşaq bağçasında tərbiyəçi işləyən 56 yaşlı Maia Qorenidir. Onu Nir Oz icmasına hücum zamanı qətlə yetiriblər. Qalan dördü isə əsgər olub.

İsrailin Prezidenti İsaak Hersoq, dünən Qəzzada 5 israilli girovun cəsədini tapan İsrail əsgərlərinə təşəkkür etdiyi və onların ailələri ilə həmrəy olduğunu ifadə etdiyi bəyanat yayıb.

“Bizim borcumuz onların hamısını – sağ olanları və İsraildə dəfn olunmaq üçün geri qaytarmalı olduqlarımızı evə gətirməkdir” – Hersoq bildirib.