İsrailin Müdafiə Qüvvələri Qəzza sektoru ilə Misir arasında sərhəd boyunca yerləşən bufer zonaya nəzarəti ələ keçirib
İsrailin Müdafiə Qüvvələri Qəzza sektoru ilə Misir arasında sərhəd boyunca yerləşən bufer zonaya nəzarəti ələ keçirib

 
İsrailin Müdafiə Qüvvələri Qəzza sektoru ilə Misir arasında sərhəd boyunca yerləşən bufer zonaya nəzarəti ələ keçirib.

Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari, İsrail qüvvələrinin Filadelfi dəhlizinə əməliyyat nəzarətini ələ keçirdiyini bildirib.

“Filadelfi dəhlizi “HƏMAS” üçün Qəzza sektorunda mütəmadi olaraq silah qaçaqmalçılığı üçün istifadə etdiyi oksigen kimi idi”- Haqari açıqlayıb.

Bununla yanaşı, İsrail ordusu Rafah, Xan Yunis və digər yaşayış məntəqələrində əməliyyatlarını davam etdirir.