İsrailin xarici işlər naziri Rəcəb Tayyib Ərdoğanın bəyanatına görə Türkiyənin NATO-dan çıxarılmasını tələb edir
İsrailin xarici işlər naziri Rəcəb Tayyib Ərdoğanın bəyanatına görə Türkiyənin NATO-dan çıxarılmasını tələb edir

 

İsrailin xarici işlər naziri prezident Rəcəb Tayyib Ərdoğanın bəyanatına görə Türkiyənin NATO-dan çıxarılmasını tələb edir. Bu haqda məlumatı “Reuters” agentliyi yayır.

“Türkiyə Prezidenti tərəfindən İsrailə müdaxilə (işğal) təhdidləri və onun təhlükəli ritorikası fonunda, xarici işlər naziri İsrael Kats diplomatlara təcili olaraq bütün NATO üzvləri ilə təmasa keçməyi və onları Türkiyəni qınamağa çağırmağı və onun regional alyansdan çıxarılmasını tələb etməyi tapşırıb” – İsrailin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Ərdoğan bazar günü çıxışında Türkiyənin İsrailə daxil ola biləcəyini deyib.

“İsrailin Fələstinə oxşar şeyləri edə bilməməsi üçün biz güclü olmalıyıq. Qarabağda, Liviyada olduğu kimi, biz onlarla eyni şeyi edə bilərik. Bunu edə bilməməyimiz üçün heç bir səbəb yoxdur. Bu addımları ata bilməyimiz üçün biz güclü olmalıyıq” – Türkiyənin Prezidenti bildirib.

Ərdoğan hansı müdaxilədən danışdığını dəqiqləşdirməyib.