İsrailin xarici işlər naziri - Ərdoğan Səddam Hüseynin yolu ilə gedir
İsrailin xarici işlər naziri - Ərdoğan Səddam Hüseynin yolu ilə gedir

 
İsrailin xarici işlər naziri İsrael Kats Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyənin fələstinlilərə yardım məqsədilə ola bilsin İsrailə daxil ola biləcəyi ilə bağlı bəyanatına münasibət bildirir.

İsrael Kats Ərdoğanı İraqın sabiq lideri Səddam Hüseynlə müqayisə edir.

“Ərdoğan Səddam Hüseynin yolu ilə gedir və İsraili hücumla hədələyir. O, orada nə baş verdiyini və bunun necə bitdiyini xatırlamalıdır” – deyə İsrael Kats sosial şəbəkədə yazır.

Xatırladaq ki, Səddam Hüseyn 1979-2003-cü illərdə İraqın lideri olub. 2003-cü ilin dekabrın 14-də onu həbs etdilər, 2006-cı ilin dekabrın 30-da isə insanlığa qarşı törətdiyi cinayətlərə görə ölüm cəzasına məhkum etdilər.