İsrailin Hərbi Polisi fələstinli məhbusa qarşı cinsi zorakılıq ittihamı ilə İsrailin Müdafiə Qüvvələrinin əsgərlərini saxlayıb
İsrailin Hərbi Polisi fələstinli məhbusa qarşı cinsi zorakılıq ittihamı ilə İsrailin Müdafiə Qüvvələrinin əsgərlərini saxlayıb

 
İsrailin Hərbi Polisi fələstinli məhbusa qarşı cinsi zorakılıq ittihamı ilə İsrailin Müdafiə Qüvvələrinin əsgərlərini saxlayıb.

İsrailli əsgərlər Qur Kampında hərbi məhkəmə qarşısına çıxacaqlar.

Hərbi müstəntiqlər şübhəliləri dindiriblər və gecə boyu həbsdə saxlanılıblar.

Cənubi İsraildə Berşeba şəhəri yaxınlığında Sde Teyman həbsxanasında Qəzzada saxlanılanlara qarşı ciddi zorakılıqlar edildiyi barədə məlumatlar aylar boyunca yayılırdı.

Fələstinli məhbusa qarşı cinsi zorakılıq ittihamı ilə doqquz əsgər saxlanılıb. Zorakılıq nəticəsində fələstinli məhbus xəstəxanaya aparılıb.

Əsgərlər saxlanıldıqdan sonra İsrailin ultrasağçı nümayişçiləri əsgərlərə dəstək olmaq üçün hərbi bazaya basqın ediblər.

İsrailin Baş Qərargah rəisi general-leytenant Herts Halevi bildirib ki, Sde Teymana basqın “son dərəcə ciddi və qanuna ziddir”.

“Biz müharibənin ortasındayıq və bu tip hərəkətlər dövlətin təhlükəsizliyinə təhlükə yaradır. Mən insidenti qətiyyətlə qınayıram və biz bazada asayişi bərpa etmək üçün çalışırıq” – İsrailin yüksək rütbəli hərbi rəsmisi bildirib.

İsrailin müdafiə naziri Yoav Qalant bəyan edib ki, əsgərlərin davranışı ilə bağlı istintaq davam etməlidir və “qəzəb anında belə, qanun hamıya şamil olunur”.

Lakin, bəzi israilli siyasətçilər ehtiyatda olan hərbçilərin saxlanmasını qınayıblar. İfrat sağçı Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvir əsgərlərin saxlanılmasını “utancverici” adlandırıb.