İsrailin hava hücumu Hizbullah komandirlərindən birinin öldürülməsindən sonra Livandan İsrailin şimalına onlarla raket atılıb
İsrailin hava hücumu Hizbullah komandirlərindən birinin öldürülməsindən sonra Livandan İsrailin şimalına onlarla raket atılıb

İsrailin hava hücumu nəticəsində Hizbullah hərəkatının komandirlərindən birinin öldürülməsindən sonra Livandan İsrailin şimalı istiqamətində onlarla raket atılıb.

İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, Livandan ən azı 100 raket atılıb. Bu, Hizbullahın bölgədə hərbi əməliyyatlar başlayandan bəri həyata keçirdiyi ən böyük hücumlardan biridir.

Safed, Rosh Pina və Tiberias şəhərlərində, eləcə də Qalileyanın bir neçə yaşayış məntəqəsində hava hücumu sirenləri işə düşüb. Sosial şəbəkələrdə yayılan videogörüntülərdə “Dəmir günbəz”in raketləri necə məhv etdiyi görünür. Tələfat və itkilər barədə məlumat verilmir.

Ötən gecə Hizbullah komandirlərindən Taleb Abdullah İsrailin endirdiyi zərbə nəticəsində öldürülüb. O, davam edən hərbi əməliyyatlarda öldürülən Hizbullahın ən yüksək rütbəli üzvüdür. İsrailin hücumu nəticəsində hərəkatın daha üç döyüşçüsü də həlak olub.