İsrailin Cənubi Livana hava hücumu nəticəsində 1 nəfər həlak olub və 4 nəfər yaralanıb
İsrailin Cənubi Livana hava hücumu nəticəsində 1 nəfər həlak olub və 4 nəfər yaralanıb

 
İsrail ötən gecə Cənubi Livana hava hücumu həyata keçirib. Bu haqda məlumatı “Times of Israel” Livan mediasına istinadən yayır.

Hücum nəticəsində 1 nəfər həlak olub və 4 nəfər yaralanıb.

İsrailin Müdafiə Qüvvələri hələlik hadisə ilə bağlı şərh verməyib.