İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın vitse-prezidenti Kamala Harrislə görüşüb
İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın vitse-prezidenti Kamala Harrislə görüşüb

Jurnalistlərə açıqlama verən Harris Netanyahu ilə görüşü “səmimi və konstruktiv” adlandırıb. Eyni zamanda, o, İsrailin təhlükəsizliyini qorumaq üçün “sarsılmaz sadiqliyini” bir daha təsdiqləyib.

ABŞ vitse-prezidentinin sözlərinə görə, o, Netanyahunu Qəzzada humanitar böhrana son qoymağa qətiyyətlə çağırıb.

“Mən Netanyahuya dedim ki, mən həmişə İsrailin özünü müdafiə edə bilməsini təmin edəcəyəm, o cümlədən İrana və onun Həmas və Hizbullah kimi dəstəklədiyi qruplara qarşı”. İsrailin özünü müdafiə etmək hüququ var. Mən həmçinin Qəzzada insan əzabından, o cümlədən bu qədər günahsız mülki şəxsin ölümündən ciddi narahatlığımı bildirdim. Mən oradakı ağır humanitar vəziyyətlə bağlı ciddi narahatlığımı açıq şəkildə ifadə etdim”, – Kamala Harris bildirib.

Kəmalə Harris atəşkəs razılaşmasından da danışıb və qeyd edib ki, iki dövlət prinsipi əsasında sülh yolu ilə həll münaqişəyə son qoymağın yeganə yoludur.

“Prezidentimiz Co Baydenin rəhbərliyi altında atəşkəs və girovların azad edilməsi üçün masa üzərində razılaşma var. Müqavilənin birinci mərhələsi İsrail qoşunlarının Qəzzadakı humanitar mərkəzlərdən çıxarılması da daxil olmaqla, tam atəşkəs tələb edir. İkinci mərhələdə İsrail hərbçiləri Qəzza sektorunu tamamilə tərk edəcəklər. Bu, hərbi əməliyyatların daimi dayandırılmasına gətirib çıxaracaq. Bu müharibənin bitməsinin vaxtıdır. Bitsin ki, İsrail təhlükəsiz olsun, bütün girovlar azad edilsin, Qəzzada fələstinlilərin iztirablarına son qoyulsun və Fələstin xalqı azadlıq, ləyaqət və öz müqəddəratını təyinetmə hüququnu həyata keçirə bilsin. Danışıqların razılaşma ilə yekunlaşacağına dair ümidverici irəliləyiş var. Bu yaxınlarda baş nazir Benyamin Netanyahuya dediyim kimi, bu razılaşmanın həyata keçirilməsinin vaxtı çatıb”, – Kamala Harris bildirib.