İsraildə Knesset yaxınlığındakı aksiyaya minlərlə nümayişçi qoşulub
İsraildə Knesset yaxınlığındakı aksiyaya minlərlə nümayişçi qoşulub

İsraildə Knesset yaxınlığındakı aksiyaya minlərlə nümayişçi qoşulub. Aksiya iştirakçıları növbədənkənar seçkilərin təyin edilməsini və girovların azad edilməsini nəzərdə tutan razılığın əldə olunmasını tələb edirlər.

Aksiyada müxalifətçi parlament üzvləri də iştirak edir.

“Biz seçkilərə getməli və hökuməti dəyişməliyik” – nümayişçilər bildirirlər.

Knessetdəki çıxışlardan sonra nümayişçilər İsrailin baş naziri Benyamin Netanyahunun iqamətgahına doğru yürüş etməyi planlaşdırırlar.