İsraildə, Benyamin Netanyahunun iqamətgahı yaxınlığında girovların ailə üzvləri ikinci gündür aksiya keçirirlər
İsraildə, Benyamin Netanyahunun iqamətgahı yaxınlığında girovların ailə üzvləri ikinci gündür aksiya keçirirlər

 
İsrailin Baş naziri Benyamin Netanyahunun iqamətgahı yaxınlığında etiraz aksiyası bu gün də davam edib. İyunun 20-də “HƏMAS”ın girovlarının ailə üzvləri iqamətgahın yaxınlığına toplaşıblar.

Aksiya iştirakçıları Qəzza sektorunda olan girovların azad edilməsi üçün razılaşma tələb edirlər.

Aksiya iştirakçıları hökuməti “HƏMAS”la müharibənin tənzimlənməsində qabiliyyətsizliyə və “Hizbullah”la gərginliyə görə tənqid ediblər.

Aksiya iştirakçılarından birinin dediyi kimi, toplaşanlar “xalq üçün işləyən və girovları qaytarmağa çalışan” hökumət istəyirlər.