İsrail tərəfindən Qəzzanın cənubunda Xan Yunisə hücum nəticəsində 8 nəfər həlak olub
İsrail tərəfindən Qəzzanın cənubunda Xan Yunisə hücum nəticəsində 8 nəfər həlak olub

 
İsrail Qəzza sektorunun cənubunda hücuma keçib. Bu barədə “timesofisrael” məlumat yayır.

Fələstinin Qızıl Aypara Cəmiyyətinin məlumatına əsasən, Xan Yunis şəhərinə hücum nəticəsində 8 nəfər həlak olub, 30 nəfər isə yaralanıb.

İsrail orada yaşayan fələstinliləri təxliyəyə və humanitar zonalara keçməyə çağırdıqdan sonra Qəzzanın cənubunda yerləşən şəhərə hücum həyata keçirib.