İsrail prezidentini Parisə endikdən sonra təhlükəsizlik məqsədi ilə 40 dəqiqə təyyarədə saxlayıblar
İsrail prezidentini Parisə endikdən sonra təhlükəsizlik məqsədi ilə 40 dəqiqə təyyarədə saxlayıblar

Parisə endikdən sonra hava limanının təhlükəsizlik nümayəndələri prezident İsaak Hersoqun rəhbərliyi ilə İsrailin nümayəndə heyətini təhlükəsizlik məqsədi ilə 40 dəqiqə təyyarədə saxlayıblar.

İsrailin nümayəndə heyəti Olimpiya Oyunlarının açılış mərasimindən əvvəl Parisə gəlib.

Prezidentin administrasiyası təsdiqləyib ki, təhlükəsizlik məqsədilə nümayəndə heyətinə 40 dəqiqə ərzində təyyarədən enməyə icazə verilməyib, hərçənd, prezident artıq hava limanı ərazisini tərk edib və təyinat yerinə çatıb.

İsrail mediası iddia edir ki, təyyarənin eniş zamanı təhlükəsizlik xidməti yaxınlıqda yerləşən evin damında şübhəli şəxs görüb.

Olimpiya Oyunları ilə əlaqədar Parisdə təhlükəsizlik tədbirləri gücləndirilib. İsrailin vəziyyətində bu tədbirlər İsrail və Qəzza arasında davam edən müharibə fonunda daha sərtdir.