İsrail ordusunun Qəzza zolağında son bir gündə keçirdiyi əməliyyatda azı 64 nəfər həlak olub
İsrail ordusunun Qəzza zolağında son bir gündə keçirdiyi əməliyyatda azı 64 nəfər həlak olub

İsrail ordusunun Qəzza zolağında son bir gündə keçirdiyi əməliyyatda azı 64 nəfər həlak olub. Bu barədə ərəb mediası Qəzza zolağının Səhiyyə Xidmətinə istinadən xəbər verir.

Yerli mənbələr hava və artilleriya bombardmanı nəticəsində 105 nəfərin yaralandığını bildirir.

Ərəb anklavının əhalisi İsraili yaşayış məntəqələrini və sığınacaqları bombalamaqda ittiham edir. Eyni zamanda İsrail Müdafiə Qüvvələri Livanda Hizbullaha qarşı əməliyyatlarını davam etdirir. İsrail hərbi aviasiyası Livanın cənubundakı Hula şəhərində “Hizbullah”ın silahlı bölməsini və Adlun şəhərində sursat anbarını bombalayıb.

İsrailin hərbi əməliyyatına paralel olaraq bu gün İsrail ərazisi Livandan raketlərlə bombalanıb.