İsrail Müdafiə Qüvvələrinin sözçüsü - Qəzza sektorunda quru əməliyyatlarını və qüvvələrimizin sayını tədricən genişləndiririk
İsrail Müdafiə Qüvvələrinin sözçüsü - Qəzza sektorunda quru əməliyyatlarını və qüvvələrimizin sayını tədricən genişləndiririk

İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqarin sözlərinə görə, gecə saatlarında Qəzza sektorunda İsrail Müdafiə Qüvvələrinin sayı artırılıb.

“Onlar artıq orada döyüşən qüvvələrə birləşdilər. Biz quru əməliyyatlarını və Qəzza sektorundakı qüvvələrimizin sayını tədricən genişləndiririk”, – Haqar bildirib.

Bununla belə, İsrail Müdafiə Qüvvələrinin sözçüsü əlavə edib ki, quru əməliyyatı öz qüvvələri üçün də risk daşıyır.

“Biz hər şeyi edəcəyik – havadan, dənizdən və qurudan qüvvələrimizin təhlükəsizliyini təmin etmək və müharibənin məqsədlərinə çatmaq üçün”, – Daniel Haqar deyir.