İsrail mediasına görə, Hizbullahın Qolan təpələrinə endirdiyi hava hücumu insan tələfatı ilə nəticələnib, Hizbullah hücumla əlaqəsini inkar edir
İsrail mediasına görə, Hizbullahın Qolan təpələrinə endirdiyi hava hücumu insan tələfatı ilə nəticələnib, Hizbullah hücumla əlaqəsini inkar edir

Qolan təpələrinin şimalında hava hücumu nəticəsində 10 nəfər həlak olub. Bu barədə “timesofisrael” xəbər verir.

İsrail mediasının məlumatına görə, 30-dan çox insan yaralanıb, ölənlərin sayı arta bilər.

İsrail Müdafiə Qüvvələri hücumun Hizbullah tərəfindən həyata keçirildiyini və raketin uşaqların oynadığı futbol meydançasına düşdüyünü bildirib.

Eyni zamanda, “Hizbullah” hücumla əlaqəsini təkzib edən bəyanat yayıb.

“Bizim insidentlə heç bir əlaqəmiz yoxdur və saxta ittihamları qəti şəkildə rədd edirik”, – bəyanatda deyilir.

İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Həcər keçirdiyi mətbuat konfransında Hizbullahın yalan danışdığını bildirib.

“Hizbullah hadisəyə görə məsuliyyəti rədd edir. “Bizim kəşfiyyatımız açıq şəkildə göstərir ki, Hizbullah günahsız uşaqların ölümünə görə məsuliyyət daşıyır” dedi Həcər.