İsrail Livandan İsrail istiqamətində 75 raket atıldığını bildirir
İsrail Livandan İsrail istiqamətində 75 raket atıldığını bildirir

Livandan İsrail istiqamətində 75 raket atılıb.

İsrail mediası ölkənin hava hücumundan müdafiə sisteminin onlarla raketi zərərsizləşdirdiyini yazır.

Yuxarı Qalileydə raketin düşməsi nəticəsində 2 nəfər yaralanıb. Bu, Hizbullahın müharibə zamanı İsrailin şimalında həyata keçirdiyi ən böyük hücumlardan biridir.

Katsrin, Qolan təpələri və Livan sərhədinə yaxın bir neçə şəhərdə həyəcan təbili çalıb.

İsrail hərbçiləri hücumların Livanın cənubundakı Nəcariya bölgəsində yerləşən və Hizbullahın hava hücumundan müdafiə bölməsinin istifadə etdiyi obyektlərdən həyata keçirildiyini təsdiqləyir.