İsrail Beyrutu bombalayıb
İsrail Beyrutu bombalayıb

 
İsrail Livanın paytaxtı Beyrutu bombalayıb.

İsrailin Müdafiə Qüvvələrinin məlumatında, Qolan təpələrinə edilmiş hücuma rəhbərlik edən “Hizbullah” qruplaşmasının liderlərindən birinin onların hədəfi olduğu deyilir.

Yayılmış məlumata əsasən, söhbət qruplaşmanın lideri Hasan Nasrullahın müşaviri olan Fuad Şukridən gedir. Onun taleyi bu vaxt üçün məlum deyil.

Hücumdan qısa müddət sonra İsrailin müdafiə naziri Yoav Qalant “Hizbullah”ın qırmızı xəttləri keçdiyini bildirib.