İspaniyada NATO ölkələrinə qarşı kiberhücumlara görə üç rusiyapərəst haker həbs edilib.
İspaniyada NATO ölkələrinə qarşı kiberhücumlara görə üç rusiyapərəst haker həbs edilib.

İspaniyada NATO ölkələrinə qarşı kiberhücumlara görə üç rusiyapərəst haker həbs edilib. Bu barədə “Reuters” agentliyi İspaniya polisinə istinadən məlumat yayıb.

İspaniya hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, onlar dövlət qurumlarına və strateji sektorlara qarşı kiberhücumlar həyata keçiriblər.

Polisin məlumatına görə, kiberhücumlar Ukraynanı dəstəkləyən ölkələrin dövlət və özəl təşkilatlarına, kritik infrastruktura və dövlət sektorunda xidmətlərə qarşı yönəlib.

Polis şübhəlilərdən birinin evində aparılan axtarış zamanı çəkilmiş videonu yayıb.